Bakıda yeraltı piyada keçidinin üzərindən keçən kişini avtomobil vuraraq öldürüb

Bakıda yeraltı piyada keçidinin üzərindən keçən kişini avtomobil vuraraq öldürüb Faktla bağlı Nərimanov Rayon Polis İdarəsində cinayət işi başlanılıb
Hadisə
22 Mart , 2018 07:14
Bakıda yeraltı piyada keçidinin üzərindən keçən kişini avtomobil vuraraq öldürüb

Bakı. 22 mart. REPORT.AZ/ Nərimanov rayonunda bir nəfərin ölümünə səbəb olan qəza baş verib.

"Report"un xəbərinə görə, hadisə Heydər Əliyev prospektində baş verib.

1978-ci il təvəllüdlü Əlizamin Ağayev yolun piyadalar üçün müəyyən edilməmiş hissəsindən keçərkən onu minik avtomobili vurub. Sürücü yaralını xəstəxanaya apararkən o yolda dünyasını dəyişib.

Faktla bağlı Nərimanov Rayon Polis İdarəsində cinayət işi başlanılıb.

Qeyd edək ki, hadisə yeraltı piyada keçidinin üzərində baş verib.

Orphus sistemi