Bakıda yeraltı piyada keçidinə dolan su boşaldılıb

Bakıda yeraltı piyada keçidinə dolan su boşaldılıb Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Yasamal rayonu, Şıxəli Qurbanov küçəsində yeraltı piyada keçidinə su dolması barədə məlumat daxil olub. "Report" xəbər veirr ki, məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə
Hadisə
11 dekabr 2022 10:48
Bakıda yeraltı piyada keçidinə dolan su boşaldılıb

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Yasamal rayonu, Şıxəli Qurbanov küçəsində yeraltı piyada keçidinə su dolması barədə məlumat daxil olub.

"Report" xəbər veirr ki, məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri dərhal əraziyə cəlb olunub.

Yanğınsöndürənlər tərəfindən subasmaya məruz qalmış keçiddən suyun çəkilərək kənarlaşdırılması işləri həyata keçirilib.

Son xəbərlər

Orphus sistemi