Bakıda yeniyetməyə qarşı soyğunçuluq edən keçmiş məhkum saxlanılıb

Bakıda yeniyetməyə qarşı soyğunçuluq edən keçmiş məhkum saxlanılıb Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsinə Bakı şəhər sakini olan yeniyetmənin soyğunçuluğa məruz qalması barədə müraciət daxil olub.
Hadisə
25 Aprel , 2019 11:50
Bakıda yeniyetməyə qarşı soyğunçuluq edən keçmiş məhkum saxlanılıb
0 : 00
0 : 00

Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsinə Bakı şəhər sakini olan yeniyetmənin soyğunçuluğa məruz qalması barədə müraciət daxil olub.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən "Report"a verilən məlumata görə, araşdırmalarla naməlum şəxsin A.M.Şərifzadə küçəsində yeniyetmənin pulunu və mobil telefonunu soyğunçuluq yolu ilə aldığı məlum olub.

Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində bu cinayət əməlini törətməkdə şübhəli bilinən şəxs qısa müddətdə müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılıb. Onun Ağdam rayon sakini, əvvəllər də soyğunçuluq və dələduzluğa görə məhkum olunmuş Təbriz Zeynalov olduğu müəyyən edilib.

Araşdırma aparılır. 

Son xəbərlər

Orphus sistemi