Bakıda yeniyetməyə 3 bıçaq zərbəsi vurulub

Bakıda yeniyetməyə 3 bıçaq zərbəsi vurulub Yeniyetmə tanımadığı şəxslə əlbəyaxa dava zaman bıçaqlanıb
Hadisə
11 Dekabr , 2017 08:24
Bakıda yeniyetməyə 3 bıçaq zərbəsi vurulub

Bakı. 11 dekabr. REPORT.AZ/ Bakıda yeniyetmə bıçaq xəsarəti alıb.

"Report" xəbər verir ki, hadisə Nizami rayonunda baş verib.

"8-ci kilometr bazarı"nın yaxınlığında yerləşən binanın həyətyanı sahəsində 2002-ci il təvəllüdlü Müslümzadə Polad Səbuhi oğlu tanımadığı şəxslə əlbəyaxa dava edib. Nəticədə onun bədəninə 3 bıçaq zərbəsi vurulub. 

Yaralı xəstəxanya yerləşdirilib.

Faktla bağlı Nizami Rayon Polis İdarəsinin 25-ci Polis Bölməsinin əməkdaşları araşdırmalara başlayıb.

Son xəbərlər

Orphus sistemi