Bakıda yeniyetməni avtomobillə vuran sürücü saxlanıldı

Bakıda yeniyetməni avtomobillə vuran sürücü saxlanıldı İyulun 21-isaat 12 radələrində Binəqədi rayonunun M.K.Atatürk prospektində müəyyən edilməmiş avtomobillə yolu keçən Bakı şəhər sakini, 12 yaşlı S.Butayevin vurulması barədə 5-ci Polis Bölməsinə (PB) məlumat daxil olub.
Hadisə
260
23 İyul , 2020 13:05
Bakıda yeniyetməni avtomobillə vuran sürücü saxlanıldı

İyulun 21-i saat 12 radələrində Binəqədi rayonunun Atatürk prospektində müəyyən edilməmiş avtomobillə yolu keçən Bakı şəhər sakini, 12 yaşlı S.Butayevin vurulması barədə 5-ci Polis Bölməsinə (PB) məlumat daxil olub.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, uşağa xəstəxanada ilkin tibbi yardım göstərilib.

5-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsini törətməkdə şübhəli bilinən “Nissan” markalı avtomobili idarə edən Bakı şəhər sakini E.Fərzalıyev müəyyən edilərək saxlanılıb.

Son xəbərlər

Orphus sistemi