Bakıda yeniyetməni avtomobil vurdu

Bakıda yeniyetməni avtomobil vurdu Bakıda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə
1045
16 May , 2020 22:55
Bakıda yeniyetməni avtomobil vurdu

Bakıda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un məlumatına görə, hadisə Qaradağ rayonu, Lökbatan qəsəbəsi, S.Orucov küçəsində qeydə alınıb.

Belə ki, evlərinin qarşısında oynayan 2006-cı il təvəllüdlü Qəniyev Cavanşir Şıxəli oğlunu avtomobil vurub.

Yeniyetmə təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Ona baş və bədənin əzilmiş yaraları diaqnozu qoyulub. Faktla bağlı araşdırma aparılır. 

Ramin Şahbazov

Son xəbərlər

Orphus sistemi