Bakıda yeniyetmə və gənclərdən ibarət soyğunçu dəstə tutulub

Bakıda yeniyetmə və gənclərdən ibarət soyğunçu dəstə tutulub Faktla bağlı araşdırmalar davam etdirilir
Hadisə
2 Fevral , 2016 12:50
Bakıda yeniyetmə və gənclərdən ibarət soyğunçu dəstə tutulub

Bakı. 2 fevral. REPORT.AZ/ Bakıda yeniyetmə və gənclərdən ibarət soyğunçu dəstə tutulub.

Bu barədə “Report”a Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) mətbuat xidmətindən məlumat verilib.

Belə ki, Nəsimi Rayon Polis İdarəsinin (RPİ) 19-cu Polis Bölməsi (PB) və Çevik Polis Alayı (ÇPA) əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində, yanvarın 31-də M.Cəlal küçəsində Bakı şəhər sakini Cümşüd Hüseynbəylinin mobil telefonunu əlindən alıb qaçmaqla soyğunçuluq əməlində şübhəli bilinən Bakı şəhər sakinləri - əvvəllər məhkum olunan 1995-ci il təvəllüdlü Pərviz Hüseynli, 1999-cu il təvəllüdlü Tunar Şahməmmədli və 2000-ci il təvəllüdlü Fariz Hüseynov tutulub.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Son xəbərlər

Orphus sistemi