Bakıda yeniyetmə qardaşını güllələyib

Bakıda yeniyetmə qardaşını güllələyib Bakı. 31 mart. REPORT.AZ/ Bakı sakini qardaşını güllələyib.
Hadisə
31 Mart , 2018 11:48
Bakıda yeniyetmə qardaşını güllələyib

Bakı. 31 mart. REPORT.AZ/ Bakı sakini qardaşını güllələyib.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən "Report"a verilən məlumata görə, martın 30-da Xəzər rayonunun Binə qəsəbəsində yaşayan yeniyetmə evlərinin həyətində ehtiyatsızlıqdan tüfəngdən açdığı atəşlə qardaşı, 20 yaşlı Rəhim Rəhimovun baş və qarın nahiyəsinə xəsarət yetirib. Nəticədə R.Rəhimov aldığı yaralardan ölüb.

Xəzər Rayon Polis İdarəsinin 2-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən hadisə yerində baxış zamanı müvafiq sənədləri olmayan “TOZ-16” markalı tüfəng aşkar edilərək götürülüb.

Hadisəni törətməkdə şübhəli bilinən şəxs saxlanılıb.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 124-cü (Ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

Araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi