Bakıda yeniyetmə mübahisə etdiyi şəxs tərəfindən döyülüb

Bakıda yeniyetmə mübahisə etdiyi şəxs tərəfindən döyülüb Yaralı bədən və üz nahiyələrindən sınıq xəsarətləri alıb
Hadisə
21 Oktyabr , 2017 04:21
Bakıda yeniyetmə mübahisə etdiyi şəxs tərəfindən döyülüb

Bakı. 21 oktyabr. REPORT.AZ/ Bakının Qaradağ rayonunda yeniyetmə döyülərək xəstəxanaya yerləşdirilib.

"Report"un xəbərinə görə, 2004-cü il təvəllüdlü Cavadzadə Orxan Telman oğlu yaşadığı binanın yaxınlığında tanımadığı şəxslə mübahisə edib.

Mübahisə zamanı o döyülüb. Yaralı bədən və üz nahiyələrindən aldığı sınıq xəsarətləri ilə 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Fakt Qaradağ Rayon Polis İdarəsində araşdırılır.

Son xəbərlər

Orphus sistemi