Bakıda yeniyetmə motosikletlə qəza törətdi

Bakıda yeniyetmə motosikletlə qəza törətdi Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə
12 Noyabr , 2020 01:16
Bakıda yeniyetmə motosikletlə qəza törətdi

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə, hadisə Səbail rayonunda qeydə alınıb.

2006-cı il təvəllüdlü Ələsgərov Murad Namiq oğlu idarə etdiyi motosikletlə hərəkətdə olarkən avtomobillə toqquşub. Ağır bədən xəsarətləri alan yeniyetmə təcili yardımın köməkliyi ilə 3 saylı şəhər Kliniki Xəstəxanasına çatdırılıb.

Müayinə zamanı ona qapalı kəllə-beyin travması, sağ bud sümüyünün və sol baldır sümüklərinin yerdəyişən sınıqları diaqnozları qoyulub.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi