Bakıda yeniyetmə bankomatdan 5 547 manat pul çıxardaraq oğurladı

Bakıda yeniyetmə bankomatdan 5 547 manat pul çıxardaraq oğurladı Bakıda avtomobildə oğurluq hadisəsi baş verib.
Hadisə
5604
11 İyul , 2020 13:14
Bakıda yeniyetmə bankomatdan 5 547 manat pul çıxardaraq oğurladı

Bakıda avtomobildə oğurluq hadisəsi baş verib.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, Nəsimi Rayon Polis İdarəsi 19-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində iyulun 4-də rayon ərazisində “Toyota” markalı avtomobildən 2 ədəd bankomat kartı və şəxsiyyət vəsiqəsi, habelə banklardan birinə məxsus bankomatdan 5 547 manat pulu çıxararaq oğurlamaqda şübhəli bilinən Siyəzən rayon sakini olan bir yeniyetmə saxlanılıb, daha bir nəfərin isə şəxsiyyəti müəyyən edilib.