Bakıda yeniyetmə avtomobil qaçırıb

Bakıda yeniyetmə avtomobil qaçırıb Binəqədi rayonunda yeniyetmə avtomobil qaçırıb.
Hadisə
12 Noyabr , 2019 14:06
Bakıda yeniyetmə avtomobil qaçırıb

Binəqədi rayonunda yeniyetmə avtomobil qaçırıb.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsinə müraciət edən Bakı şəhər sakini A.Xəlilov oktyabrın 25-nə keçən gecə Q.Qarayev küçəsindən “Mitsubishi” markalı avtomobilinin qaçırıldığını bildirib.

Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Xırdalan şəhər sakini olan bir yeniyetmə saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi