Bakıda yeni tikilən binada baş verən yanğın söndürülüb - FOTO - YENİLƏNİB

Bakıda yeni tikilən binada baş verən yanğın söndürülüb - FOTO - YENİLƏNİB Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin 5 yanğınsöndürən maşını cəlb olunub
Hadisə
27 Aprel , 2016 17:03
Bakıda yeni tikilən binada baş verən yanğın söndürülüb - FOTO - YENİLƏNİB

Bakı. 27 aprel. REPORT.AZ/ Fövqəladə Hallar Nazirliyi (FHN) Bakıda baş verən yanğın hadisəsi ilə bağlı rəsmi məlumat yayıb.

Nazirlikdən "Report"a bildirilib ki, Bakı şəhəri, Xətai rayonunda, "Bakı Ağ Şəhər" ərazisində yanğın hadisəsi baş verib. Yanğın nəticəsində neft qalıqlarına hopmuş məişət tullantıları yanıb. Hadisə yerinə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürənləri cəlb edilib. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

*** 17:40

Bakı. 27 aprel. REPORT.AZ/ Bakıda yeni tikilən binada yanğın başlayıb. "Report"un məlumatına görə, "Bakı Ağ Şəhər" ərazisində tikilən yaşayış binasının bünövrəsində tikinti üçün istifadə olunan taxta materialların alışması nəticəsində yanğın baş verib.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) 5 yanğınsöndürən maşını cəlb olunub.

Bakı şəhəri, Xətai rayonunda, "Bakı Ağ Şəhər" ərazisində yanğın hadisəsi baş verib. Yanğın nəticəsində neft qalıqlarına hopmuş məişət tullantıları yanıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürənləri cəlb edilib. Yanğın saat 17:41-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Son xəbərlər

Orphus sistemi