Bakıda Yeni il günü bomba partlayışı barədə yalan məlumat verməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayıb

Bakıda Yeni il günü bomba partlayışı barədə yalan məlumat verməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayıb Bakı. 19 mart. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Yeni il günü paytaxtda bomba partlayışı olacağı barədə yalan məlumat verməkdə təqsirləndirilən Elmar Qasımovun məhkəməsi başlayıb.
Hadisə
19 Mart , 2018 11:49
Bakıda Yeni il günü bomba partlayışı barədə yalan məlumat verməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayıb

Bakı. 19 mart. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Yeni il günü paytaxtda bomba partlayışı olacağı barədə yalan məlumat verməkdə təqsirləndirilən Elmar Qasımovun məhkəməsi başlayıb.

"Report"un xəbərinə görə, hakim Mahmud Ağalarovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmədə məlum olub ki, təqsirləndirilən şəxsin qanuni varisi onun anası tanınıb.

Anket məlumatları dəqiqləşdirilən zaman E.Qasımov bildirib ki, ailə həyatı qurmayıb və hərbi xidmətdə də olmayıb.

Məhkəmənin baxış iclası martın 27-nə təyin edilib.

Qeyd edək ki, bu il yanvarın 2-də saat 21:40 radələrində naməlum şəxs Səbail rayonu ərazisindəki mehmanxanalardan birinə bomba qoyulması barədə məlumat verib. Bakı Şəhər Baş Polis İdarəsi və Səbail Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə bomba qoyulması barədə yalan məlumat verməkdə şübhəli bilinən Bakı şəhər sakini, 24 yaşlı E.Qasımov müəyyən edilərək saxlanılıb.

O, Cinayət Məcəlləsinin 216-cı (Terrorçuluq barədə bilə-bilə yalan məlumat vermə) maddəsi ilə ittiham edilir.

Son xəbərlər

Orphus sistemi