Bakıda yük maşını piyadanı vuraraq öldürüb

Bakıda yük maşını piyadanı vuraraq öldürüb Nərimanov rayonu Z.Bünyadov prospektində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə
4 İyul , 2020 12:18
Bakıda yük maşını piyadanı vuraraq öldürüb

Nərimanov rayonu Ziya Bünyadov prospektində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən "Report"a verilən məlumata görə, hadisə iyulun 4-də gecə saat 1 radələrində qeydə alınıb.

Quba rayon sakini Z.Abbasov idarə etdiyi “Shacman” markalı avtomobillə yolu keçən 30-40 yaşlı kişini vurub.

Piyada hadisə yerində ölüb.

Nərimanov Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır. 

Son xəbərlər

Orphus sistemi