Yuxarı

​Bakıda yaşlı qadının mənzilindən 15 min manat və qızıl-zinyət əşyaları oğurlanıb

Faktla bağlı Cinayət Məcəlləsinin iki maddəsi ilə cinayət işi başlanıb

Bakı. 27 aprel. REPORT.AZ/ Bakının Yasamal rayonunda oğurluq qeydə alınıb. “Report”un xəbərinə görə, rayonun M.Sübhi küçəsi, ev 71 ünvanında yaşayan 62 yaşlı Lidiya Axundovanın evindən 15 000 manat pul və qızıl-zinət əşyaları oğurlayıblar.

Faktla bağlı Cinayət Məcəlləsinin 177.2.3 (oğurluq, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə) və 177.3.2-ci (ourluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə cinayət işi başlanıb, araşdırma aparılır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi