Bakıda yaşlı qadını yük avtomobili vurub

Bakıda yaşlı qadını yük avtomobili vurub Onun vəziyyəti stabil ağır kimi qiymətləndirilir
Hadisə
10 Mart , 2018 08:44
Bakıda yaşlı qadını yük avtomobili vurub

Bakı. 10 mart. REPORT.AZ/ Paytaxtın Binəqədi rayonunda qadının xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

“Report” xəbər verir ki, 1964-cü il təvəllüdlü Əsgərova Sədaqət Fərhad qızını "99-JK-506" dövlət qeydiyyat nişanlı "İveco Astra" markalı yük avtomobili vurub.

Yaralını "təcili tibbi yardım" maşını xəstəxanaya yerləşdirib.

Onun vəziyyəti stabil ağır kimi qiymətləndirilir.

Faktla bağlı Binəqədi Rayon Polis İdarəsində araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi