Bakıda yaşlı qadını velosipedlə vuran şəxs hadisə yerindən qaçıb

Bakıda yaşlı qadını velosipedlə vuran şəxs hadisə yerindən qaçıb Faktla əlaqədar Xəzər Rayon Polis İdarəsində araşdırma aparılır
Hadisə
1978
29 Dekabr , 2016 09:40
Bakıda yaşlı qadını velosipedlə vuran şəxs hadisə yerindən qaçıb

Bakı. 29 dekabr. REPORT.AZ/ Bakıda 69 yaşlı qadını velosiped vurub.

"Report"un xəbərinə görə, hadisə Xəzər rayonunda baş verib. 

Belə ki, Buzovna qəsəbəsində yol kənarı ilə hərəkət edən 69 yaşlı Əsədova Şəfiqə Məmmədhəsən qızını naməlum şəxs velosipedlə vurub. Aldığı zərbədən Ş.Əsədovanın qabırğaları sınıb. Velosipedi sürən şəxs xəsarət alan piyadaya yardım etmədən hadisə yerindən uzaqlaşıb. Ş.Əsədova ətrafdakı insanların köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Faktla əlaqədar Xəzər Rayon Polis İdarəsində araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi