Bakı. 5 dekabr. REPORT.AZ/ Bakının Sabunçu rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
“Report” xəbər verir ki, 1962-ci il təvəllüdlü Sadıqova Aidə Müzəffər qızı Bakıxanov qəsəbəsində yolu keçmək istəyən zaman onu minik avtomobili vurub.
Yaralı xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.
Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.