Bakıda yaşlı qadını elektrik cərəyanı vurub

Bakıda yaşlı qadını elektrik cərəyanı vurub Hadisə o evdə iş görən zaman baş verib
Hadisə
3 Fevral , 2018 06:52
Bakıda yaşlı qadını elektrik cərəyanı vurub

Bakı. 3 fevral. REPORT.AZ/ Bakının Binəqədi rayonun bir nəfərin xəsarət alması ilə nəticələnən bədbəxt hadisə baş verib.

"Report" xəbər verir ki, hadisə Biləcəri qəsəbəsində baş verib.

1966-cı il təvəllüdlü Rəhmanova Sürəyya Mirzə qızı evdə iş görən zaman onu elektrik cərəyanı vurub. Qadının vəziyyəti ağır olduğundan o, 1 saylı Kliniki Tibbi Mərkəzin Reanimasiya Şöbəsinə yerləşdirilib. 

Həkimlər S.Rəhmanovanın vəziyyətini sabit-orta ağır kimi qiymətləndirir.

Son xəbərlər

Orphus sistemi