Bakıda yaşlı kişini sərnişin avtobusu vurub

Bakıda yaşlı kişini sərnişin avtobusu vurub Hadisə Pirşağı qəsəbəsində baş verib
Hadisə
13 Mart , 2018 07:57
Bakıda yaşlı kişini sərnişin avtobusu vurub
Report

Bakı. 13 mart. REPORT.AZ/ Bakının Sabunçu rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report" xəbər verir ki, Pirşağı qəsəbəsində yolu keçmək istəyən 1964-cü il təvəllüdlü Aydəmirov Mürsəl Sərdar oğlunu 173 saylı marşut xətti üzrə hərəkət edən sərnişin avtobusu vurub.

Yaralı "təcili yardım" xidməti vasitəsilə 3 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi