Paytaxtda yaşlı kişini maşın vurub

Paytaxtda yaşlı kişini maşın vurub İnsident Nəsimi Rayon İcra Hakimiyyəti binasının qarşısında qeydə alınıb
Hadisə
6 İyun , 2017 08:40
Paytaxtda yaşlı kişini maşın vurub
Report.az

Bakı. 6 iyun. REPORT.AZ/ Bakının Nəsimi rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report" xəbər verir ki, insident Nəsimi Rayon İcra Hakimiyyəti binasının qarşısında qeydə alınıb.

Həmin ərazidə yolu keçmək istəyən 1959-cu il təvəllüdlü Şıxəliyev Əli Sövdəgər oğlunu minik avtomobili vurub. O, bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi