Bakıda yaşlı kişi özünü beşinci mərtəbədən yerə ataraq öldürüb

Bakıda yaşlı kişi özünü beşinci mərtəbədən yerə ataraq öldürüb Bakı. 29 iyun. REPORT.AZ/ Bakının Xətai rayonunda intihar hadisəsi baş verib.
Hadisə
29 İyun , 2018 00:51
Bakıda yaşlı kişi özünü beşinci mərtəbədən yerə ataraq öldürüb
Foto: Report.az

Bakı. 29 iyun. REPORT.AZ/ Bakının Xətai rayonunda intihar hadisəsi baş verib.

“Report” xəbər verir ki, 1968-ci il təvəllüdlü Cabbarov Natiq Ağamirzə oğlu evdə ailə üzvləri ilə mübahisə edib.

Daha sonra o, eyvana çıxaraq özünü yerə atıb. Yaralı ağır vəziyyətdə 3 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Həkimlərin məlumatına görə, o, səhiyyə ocağına aqonal vəziyyətdə daxil olub. Tibbi yardım göstərilməsinə baxmayaraq dünyasını dəyişib.

Faktla bağlı Cinayət Məcəlləsinin 125-ci maddəsi üzrə cinayət işi başlanılıb.

Son xəbərlər

Orphus sistemi