Bakıda yaşlı kişi məşuqəsi tərəfindən bıçaqlanıb

Bakıda yaşlı kişi məşuqəsi tərəfindən bıçaqlanıb O polisə bildirib ki, qızın əlindəki bıçaq ehtiyatsızlıqdan kürəyinə batıb
Hadisə
19 May , 2018 07:48
Bakıda yaşlı kişi məşuqəsi tərəfindən bıçaqlanıb

Bakı. 19 may. REPORT.AZ/ Bakıda yaşlı kişi məşuqəsi tərəfindən bıçaqlanıb.

"Report"un xəbərinə görə, hadisə Xəzər rayonunda baş verib.

Mərdəkan qəsəbəsində 1966-cı il təvəllüdlü Qurbanov Emil Aydın oğlu 20 yaşlı sevgilisi kimi təqdim etdiyi xanımla mübahisə edib. O, mübahisə zamanı kürəyindən bıçaqlanıb. Yaralı xəstəxanaya yerləşdirilib. 

Maraqlısı odur ki, polisə izahat verən E.Qurbanov qadının onu bilərəkdən bıçaqlamadığını deyib. Yaralı polisə bildirib ki, qızın əlindəki bıçaq ehtiyatsızlıqdan onun kürəyinə  batıb.

Faktla bağlı Xəzər Rayon Polis İdarəsində araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi