Bakıda yaşlı kişi küçədə tanımadığı şəxs tərəfindən bıçaqlanıb

Bakıda yaşlı kişi küçədə tanımadığı şəxs tərəfindən bıçaqlanıb Yaralı xəstəxanaya yerləşdirilib
Hadisə
14 İyun , 2018 06:38
Bakıda yaşlı kişi küçədə tanımadığı şəxs tərəfindən bıçaqlanıb

Bakı. 14 iyun. REPORT.AZ/ Bakıda küçədə yaşlı kişini tanımadığı şəxs bıçaqlayıb.

"Report" xəbər verir ki, hadisə Nərimanov rayonunda qeydə alınıb.

1969-cu il təvəllüdlü Natiq Salahov yaşadığı evə gedərkən tanımadığı şəxs onunla mübahisə edib. Nəticədə N.Salahov bıçaqlanıb.

Yaralı xəstəxanaya yerləşdirilib.

Hadisə ilə bağlı Nərimanov Rayon Polis İdarəsində araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi