Bakıda yaşlı kişi evində ölü tapılıb

Bakıda yaşlı kişi evində ölü tapılıb Hadisə Nəsimi rayonunda qeydə alınıb
Hadisə
1 Aprel , 2018 03:28
Bakıda yaşlı kişi evində ölü tapılıb
Foto: Report.az

Bakı. 1 aprel. REPORT.AZ/ Bakının Nəsimi rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalaraq dünyasını dəyişib.

“Report” xəbər verir ki, bu barədə məlumat FHN-in Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olub.

Hadisə yerinə cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri giriş qapısını açıb və orada aşkarlanan 1952-ci il təvəllüdlü Bünyadov İlqar Nurəddin oğlunun cəsədini aidiyyəti üzrə təhvil veriblər.

Son xəbərlər

Orphus sistemi