Bakıda yaşayış evinin həyətində aşkar olunan tank əleyhinə mina zərərsizləşdirilib

Bakıda yaşayış evinin həyətində aşkar olunan tank əleyhinə mina zərərsizləşdirilib Partlayıcı sursat FHN əməkdaşları tərəfindən ərazidən götürülüb
Hadisə
11 Noyabr , 2014 17:13
Bakıda yaşayış evinin həyətində aşkar olunan tank əleyhinə mina zərərsizləşdirilib

Bakı. 11 noyabr. REPORT.AZ/ Bakının Yasamal rayonunda fərdi yaşayış evinin həyətində aşkar olunan tank əleyhinə mina artıq zərərsizləşdirilib. Bu barədə "Report"a Yasamal Rayon Polis İdarəsindən məlumat verilib. Partlayıcı maddə Fövqəladə Hallar Nazirliyinin (FHN) hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları tərəfindən ərazidən götürülüb. Hüquq-mühafizə orqanlarının əməkdaşları partlayıcı maddənin kim tərəfindən və hansı məqsədlə bu əraziyə gətirildiyini araşdırır.

Son xəbərlər

Orphus sistemi