Bakıda yaşayış binasında yanğının başvermə səbəbi məlum oldu - VİDEO -YENİLƏNİB-2

Bakıda yaşayış binasında yanğının başvermə səbəbi məlum oldu - VİDEO -YENİLƏNİB-2 Bakının Nəsimi rayonu, Rəşid Behbudov küçəsində beşmərtəbəli yaşayış binasının dam örtüyündə yanğının başvermə səbəbi məlum olub.
Hadisə
21 Fevral , 2020 00:02
Bakıda yaşayış binasında yanğının başvermə səbəbi məlum oldu - VİDEO -YENİLƏNİB-2

Bakının Nəsimi rayonu, Rəşid Behbudov küçəsində beşmərtəbəli yaşayış binasının dam örtüyündə yanğının başvermə səbəbi məlum olub.

Sakinlərin “Report”a verdiyi məlumata görə, hadisəni Ceyhun adlı şəxs törədib.

Onun psixoloji probleminin olduğu bildirilir. Qeyd edilir ki, o, şübhəli şəxs qismində Nəsimi rayon Polis İdarəsinə aparılıb.

Orxan Rasifoğlu


***23:08

Bakı şəhərinin Nəsimi rayonu, Rəşid Behbudov küçəsində beşmərtəbəli yaşayış binasının dam örtüyündə baş vermiş yanğın söndürülüb.

Bu barədə "Report" Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.

Hazırda kiçik tüstülənmə mənbələrinin söndürülməsi məqsədi ilə konstruktiv elementlərin söküntüsü işləri aparılır.


***22:57

Bakıda yanğın hadisəsi baş verib.

“Report” Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Nəsimi rayonu, Rəşid Behbudov küçəsində beşmərtəbəli yaşayış binasının dam örtüyündə yanğın olması barədə məlumat daxil olub.

Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri hadisə yerinə cəlb olunub. Hazırda yanğının söndürülməsi üzrə işlər davam etdirilir.

Əlavə məlumat veriləcək.

Son xəbərlər

Orphus sistemi