Bakıda yaşayış binasında yanğın olub, xəsarət alan var

Bakıda yaşayış binasında yanğın olub, xəsarət alan var Bakı şəhərinin Yasamal rayonunda beşmərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində ümumi sahəsi 48 m² olan 2 otaqlı mənzilin 1 otağında ev əşyaları 1 m² sahədə yanıb. Yüksək temperaturdan 1 ədəd kondisioner qismən əriyib. Yanğın zamanı 1 nəfər yanıq xəsarə
Hadisə
27 Sentyabr , 2022 08:54
Bakıda yaşayış binasında yanğın olub, xəsarət alan var

Bakı şəhərinin Yasamal rayonunda beşmərtəbəli yaşayış binasında yanğın olub.

"Report" xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Binanın 4-cü mərtəbəsində ümumi sahəsi 48 m² olan 2 otaqlı mənzilin 1 otağında ev əşyaları 1 m² sahədə yanıb. Yüksək temperaturdan 1 ədəd kondisioner qismən əriyib. Hadisə zamanı 1 nəfər yanıq xəsarəti alıb. Mənzil yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Son xəbərlər

Orphus sistemi