Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub.
"Report"
Yanğın zamanı 15 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyyə olunub. Şaxtadan keçən kabellərin qalan hissəsi, elektrik sayğacları və mənzillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.