Bakı şəhərinin Xətai rayonunda çoxmərtəbəli yaşayış binasının şaxtasında 4 m² sahədə məişət tullantıları yanıb.
Bu barədə “Report” Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.
Qeyd edilir ki, mənzillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.