Bakıda yaşayış binasında yanğın olub, 2 nəfər xilas, 10 nəfər təxliyə edilib

Bakıda yaşayış binasında yanğın olub, 2 nəfər xilas, 10 nəfər təxliyə edilib Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın baş verib.
Hadisə
10 İyul , 2019 05:39
Bakıda yaşayış binasında yanğın olub, 2 nəfər xilas, 10 nəfər təxliyə edilib

Bakıda  çoxmərtəbəli yaşayış binasında yanğın baş verib.

"Report" FHN-ə istinadən xəbər verir ki, hadisə Nizami rayonunda qeydə alınıb.

Çoxmərtəbəli yaşayış binasının şaxtasında 3 p.m elektrik kabeli yanıb. Yanğın zamanı 2 nəfər (onlardan 1 nəfəri azyaşlı olmaqla) xilas olunub və 10 nəfər yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə edilib. Bina yanğından mühafizə olunub. 

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Son xəbərlər

Orphus sistemi