Yuxarı

Bakıda yaşayış binasında yanğın olub, 2 nəfər xəsarət alıb

Bakıda yaşayış binasında yanğın olub, 2 nəfər xəsarət alıb

Bakıda iki nəfərin xəsarət alması ilə nəticələnən yanğın hadisəsi baş verib.

Fövqəladə Hallar Nazirliyindən (FHN) "Report"a verilən məlumata görə, hadisə Nərimanov rayonunda yerləşən beşmərtəbli yaşayış binasının 3-cü mərtəbəsində qeydə alınıb.

Belə ki, ümumi sahəsi 50 m² olan 3 otaqlı mənzilin 1 otağında ev əşyaları 5 m² sahədə yanıb. 

Yüksək temperaturdan kondisioner, televizor və dəhlizin lambirindən ibarət tavanı 5 m² sahədə əriyib. Yanğın zamanı 2 nəfər xəsarət alıb. 

Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. 

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi