Bakıda məcburi köçkünlərin binasında yanğın olub - YENİLƏNİB

Bakıda məcburi köçkünlərin binasında yanğın olub - YENİLƏNİB Paytaxtda yanğın hadisəsi qeyd alınıb
Hadisə
769
24 Fevral , 2021 10:51
Bakıda məcburi köçkünlərin binasında yanğın olub - YENİLƏNİB

Bakı şəhərinin Yasamal rayonunda Tbilisi prospektində məcburi köçkünlərin məskunlaşdığı binada baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bu barədə "Report"a FHN-in Mətbuat xidmətindən məlumat verilib.

Əlavə məlumat veriləcək.

09.23

Fövqəladə Hallar Nazirliyi (FHN) Bakıda baş verən yanğınla bağlı açıqlama yayıb.

FHN-in Mətbuat xidmətindən “Report”a bildirilib ki, hadisə Yasamal rayonu, Tbilisi prospekti ərazisində yerləşən məcburi köçkünlərin məskunlaşdığı binada qeydə alınıb.

Belə ki, binanın dam örtüyü yanır.

Hadisə yerinə FHN-in Dövlət Yanğından Mühafizə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq canlı qüvvəsi və texnikası cəlb olunub.

Hazırda yanğının söndürülməsi üzrə işlər davam etdirilir.

08.46

Paytaxtda yanğın hadisəsi qeydə alınıb.

“Report” xəbər verir ki, hadisə Tbilisi prospektində yerləşən yaşayış binasında baş verib.

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq canlı qüvvəsi və texnikası hadisə yerinə cəlb olunub.

Son xəbərlər

Orphus sistemi