Bakıda yardım üçün yığılan pullar oğurlanıb

Bakıda yardım üçün yığılan pullar oğurlanıb Bakıda köşkün qarşısında içərisində yardım üçün yığılan pulları oğurlayan şəxs tutulub.
Hadisə
144
12 Noyabr , 2021 12:42
Bakıda yardım üçün yığılan pullar oğurlanıb

Bakıda köşkün qarşısında içərisində yardım üçün yığılan pulları oğurlayan şəxs tutulub.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsinə Q.Qarayev prospektindəki köşklərin birinin qarşısından içərisində yardım üçün yığılan 350 manat pul olan qutunun oğurlanması barədə məlumat daxil olub.

Dərhal polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.

Əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən Bakı şəhər sakini O.İbrahimov müəyyən edilərək saxlanılıb.

Son xəbərlər

Orphus sistemi