Bakıda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
“Report”un YPX əməkdaşlarından əldə etdiyi məlumata görə, hadisə ötən gün saat təxminən 23:50 radələrində Yasamal rayonu Şəfayət Mehdiyev küçəsi ilə Tbilisi prospektinin kəsişməsində qeydə alınıb. Belə ki, həmin ərazidə yolu keçən 1983-cü il təvəllüdlü Nəsibov Kamran Şamməd oğlunu naməlum avtomobil vurub. Hadisəni törədən sürücü ərazidən qaçıb.
Yaralı “99-YP-397” dövlət seriya nişanlı avtomobildə xidmət aparan müfəttişlər - YPX əməkdaşları: Tahirov Musa Üzeyir oğlu və Səfərli Xalid Arif oğlunun köməkliyi ilə 1 saylı şəhər Kliniki Xəstəxanasına çatdırılıb.
Hazırda polis hadisəni törədən sürücünü axtarır.
Ramin Şahbazov




