Bakıda yanıq xəsarəti almış körpə vəfat edib

Bakıda yanıq xəsarəti almış körpə vəfat edib Hadisə Binəqədi rayonunda qeydə alınıb
Hadisə
28 Sentyabr , 2016 14:22
Bakıda yanıq xəsarəti almış körpə vəfat edib

Bakı. 28 sentyabr. REPORT.AZ/ Bakıda 4 ay əvvəl yanıq xəsarəti almış körpə xəstəxanada vəfat edib.

“Report” xəbər verir ki, hadisə Binəqədi rayonunda qeydə alınıb.

Belə ki, Binəqədi rayonu, M.Ə.Rəsulzadə küçəsindəki mənzillərdən birində 2015-ci il təvəllüdlü Ömər Quliyevin üzərinə ehtiyatsızlıqdan qaynar su tökülüb. Hadisə bu il mayın 20-də baş verib. Müxtəlif dərəcəli yanıq xəsarətləri ilə 5 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilmiş körpə sentyabrın 24-də dünyasını dəyişib.

Son xəbərlər

Orphus sistemi