Bakıda yanğın zamanı ev sahibi zəhərlənib

Bakıda yanğın zamanı ev sahibi zəhərlənib Ev sahibi tüstüdən zəhərlənmiş halda yanğınsöndürənlər tərəfindən aşkar edilib
Hadisə
9 Dekabr , 2014 21:13
Bakıda yanğın zamanı ev sahibi zəhərlənib

Bakı. 9 dekabr. REPORT.AZ/ Bakıda yanğın hadisəsi qeydə alınıb.

"Report"-un Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, yanğın Bakının Yasamal rayonunda vətəndaşa məxsus ümumi sahəsi 50 kv.m olan birmərtəbəli 2 otaqlı evdə baş verib.

Nəticədə evdə 1 ədəd yataq dəsti yanıb, yüksək temperaturdan "SAMSUNG" markalı kondisioner əriyib. Yanğının kəşfiyyatı zamanı ev sahibi tüstüdən zəhərlənmiş halda yanğınsöndürənlər tərəfindən aşkar edilib və Təcili Tibbi Yardım Stansiyasının həkimlərinə təhvil verilib.

Yanğından evin qalan hissəsi mühafizə olunub.   

Son xəbərlər

Orphus sistemi