Bakıda yanğın zamanı xəsarət alan nəzarətçi xəstəxanada ölüb

Bakıda yanğın zamanı xəsarət alan nəzarətçi xəstəxanada ölüb Hadisə Yasamal rayonunda qeydə alınıb
Hadisə
4 Yanvar , 2017 09:58
Bakıda yanğın zamanı xəsarət alan nəzarətçi xəstəxanada ölüb

Bakı. 4 yanvar. REPORT.AZ/ Bakıda yeni inşa edilən binanın nəzarətçi otağında baş verən yanğın zamanı yanıq xəsarəti alan şəxs xəstəxanada ölüb.

"Report"un xəbərinə görə, hadisə Yasamal rayonunda qeydə alınıb.

Belə ki, yeni inşa edilən binalardan birinin nəzarətçi otağında yanğın baş verib. Nəticədə otağın bir hissəsi tamamilə yanıb.

Hadisə zamanı orada nəzarətçi işləyən 1970-ci il təvəllüdlü İmanov Azər Mirzə oğlu yanıq xəsarətləri alaraq Respublika Yanıq Mərkəzinə yerləşdirilib. Həkimlərin cəhdlərinə baxmayaraq, A.İmanovun həyatını xilas etmək mümkün olmayıb. 

Hüquq-mühafizə orqanları faktla bağlı araşdırma aparır.

Son xəbərlər

Orphus sistemi