​Bakıda yanğın zamanı bir nəfərin həyatı xilas edilib

​Bakıda yanğın zamanı bir nəfərin həyatı xilas edilib Hadisə Nəsimi rayonu ərazisində baş verib
Hadisə
9 Mart , 2015 00:41
​Bakıda yanğın zamanı bir nəfərin həyatı xilas edilib

Bakı. 9 mart. REPORT.AZ/ Axşam saatlarında Bakının Nəsimi rayonunda vətəndaşa məxsus taxta konstruksiyalardan ibarət ikimərtəbəli 3 otaqlı evin 2-ci mərtəbəsi 30 kv.m sahədə yanıb.

"Report" Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, yanğın zamanı bir nəfər vətəndaş yanğınsöndürənlər tərəfindən yanğından xilas edilib.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 21:20-da yanğınsöndürənlər tərəfindən söndürülüb. 

Son xəbərlər

Orphus sistemi