Yuxarı

​Bakıda yanğın olub

Yanğın saat 05:45-də yanğınsöndürənlər tərəfindən söndürülüb

Bakı. 26 may. REPORT.AZ/ Bakı şəhərinin Qaradağ rayonunda tikintisi başa çatmayan ümumi sahəsi 320 kv.m olan ikimərtəbəli evin birinci mərtəbəsində döşəmə və taxta materiallar 25 kv.m sahədə, ikinci mərtəbəsində döşəmə və taxta materiallar 10 kv.m sahədə yanıb. “Report” Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən xəbər verir ki, evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 05:45-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi