Yuxarı

​Bakıda yanğın olub, bir nəfər xəsarət alıb

Yanğını saat 08:45-də yanğınsöndürənlər söndürüb

Bakı. 8 may. REPORT.AZ/ Bakı şəhərinin Xətai rayonunda vətəndaşa məxsus ümumi sahəsi 80 kv.m olan birmərtəbəli 3 otaqlı evin bir otağında çarpayı və yataq dəsti yanıb. “Report” Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, yanğın zamanı bir nəfər xəsarət alıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğını saat 08:45-də yanğınsöndürənlər söndürüb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi