Bakıda yanğın olub: bir nəfər ölüb, iki nəfər xəsarət alıb

Bakıda yanğın olub: bir nəfər ölüb, iki nəfər xəsarət alıb Hadisə Yasamal rayonunda qeydə alınıb
Hadisə
16 Mart , 2016 22:27
Bakıda yanğın olub: bir nəfər ölüb, iki nəfər xəsarət alıb

Bakı. 16 mart. REPORT.AZ/ Bakının Yasamal rayonunda iki otaqlı mənzildə yanğın baş verib.

"Report" Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, hadisə nəticəsində bir nəfər yanıq xəsarəti alıb və iki nəfər tüstüdən zəhərlənib.

Yanğının kəşfiyyatı zamanı 1941-ci il təvəllüdlü Quliyeva Səriyyə Kərim qızının yanmış meyiti yanğınsöndürənlər tərəfindən aşkar olunub.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır. Yanğın saat 19:50-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Son xəbərlər

Orphus sistemi