Bakıda yanğın olub: 30 məcburi köçkün təxliyyə olunub

Bakıda yanğın olub: 30 məcburi köçkün təxliyyə olunub Hadisə Binəqədi rayonunda qeydə alınıb
Hadisə
24 Mart , 2016 03:03
Bakıda yanğın olub: 30 məcburi köçkün təxliyyə olunub

Bakı. 24 mart. REPORT.AZ/ Bakının Binəqədi rayonunda hazırda məcburi köçkünlərin məskunlaşdığı birmərtəbəli inzibati binanın dam örtüyü 720 kv.m sahədə yanıb.

"Report" Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, yanğın zamanı mənzillərdən 30 nəfər sakin yanğınsöndürənlər tərəfindən təxliyyə olunub. Yanğın saat 02:16-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Son xəbərlər

Orphus sistemi