Bakıda yanğın olub, 20 nömrəli məktəb təhlükə ilə üzləşib

Bakıda yanğın olub, 20 nömrəli məktəb təhlükə ilə üzləşib Bakı. 4 mart. REPORT.AZ/ Bakıda yanğın hadisəsi baş verib.
Hadisə
4 Mart , 2019 16:32
Bakıda yanğın olub, 20 nömrəli məktəb təhlükə ilə üzləşib

Bakı. 4 mart. REPORT.AZ/ Bakıda yanğın hadisəsi baş verib.

“Report”un xəbərinə görə, hadisə Yasamal rayonu, Parlament prospektində yerləşən 20 nömrəli məktəb-liseyin həyətinə bitişik hasarlanmış ərazidə baş verib. Belə ki, ərazidəki tullantılar naməlum şəxslər tərəfindən yandırılıb.

Hadisə yerinə cəlb olunan Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin Yasamal rayon Yanğından mühafizə hissəsi və Xüsusi Riskli Xilasetmə Xidmətinin Yasamal rayon bölməsinin əməkdaşları tərəfindən yanğının məktəbə keçməsinin qarşısı alınıb. Yanğın söndürülüb. 

Son xəbərlər

Orphus sistemi