Bakı. 5 yanvar. REPORT.AZ/ Bakının Nizami rayonu Naxçıvanski küçəsində paytaxt sakini İlqar Əliyevə məxsus kafedə yanğın baş verib. “Report” Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytına istinadən xəbər verir ki, hadisə nəticəsində 20 kvm. sahədə yanar konstruksiyalar və oradakı əşyalar yanıb, yanıq xəsarəti almış İ.Əliyevə və orada işləyən Sevda Əhmədovaya xəstəxanada ilkin tibbi yardım göstərilib.
Bakıda yanğın hadisəsi: kafe sahibi və qadın işçi yanıb
Hadisə
2033
5 Yanvar , 2015
12:49


Son xəbərlər
