Bakıda yanğın olub - VİDEO

Bakıda yanğın olub - VİDEO Bakının Səbail rayonunda yanğın hadisəsi olub.
Hadisə
668
17 İyun , 2021 23:55
Bakıda yanğın olub - VİDEO
0 : 00
0 : 00

Bakının Səbail rayonunda yanğın hadisəsi olub.

“Report”un məlumatına görə, hadisə Bayıl qəsəbəsində, Gülüstan Sarayının yaxınlığında qeydə alınıb.

Otluq ərazidə baş verən yanğının söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin (FHN) yanğınsöndürən texnikası və yanğınsöndürənləri cəlb olunub. İlkin məlumata görə, yanğın nəticəsində təqribən 500 m² sahədə quru ot və kol-kos yanıb.

Yanğından mühafizə bölmələrinin çevik müdaxiləsi nəticəsində yanğın qısa müddət ərzində söndürülüb. Ətraf ərazilər yanğından mühafizə olunub.

Son xəbərlər

Orphus sistemi