Yuxarı
    Bağlamaq

    ​Bakıda yanğın başlayan əraziyə Zakir Qaralov, Ramil Usubov və nazir müavinləri gəlib - YENİLƏNİB

    Yanğınsöndürənlər yanğının söndürülməsi istiqamətində işi davam etdirir

    Bakı. 19 may. REPORT.AZ/ Bakıda hündürmərtəbəli binanın yandığı əraziyə baş prokuror Zakir Qaralov, daxili işlər naziri Ramil Usubov, baş prokurorun birinci müavini Rüstəm Usubov gəlib.

    İlk xəbər 12:01-də dərc olunub

    Bakıda hündürmərtəbəli binanın yandığı əraziyə Azərbaycan daxili işlər nazirinin müavini Oruc Zalov, fövqəladə hallar nazirinin müavini Etibar Mirzəyev gəlib. “Report”un əməkdaşı xəbər verir ki, yanğınsöndürənlər yanğının söndürülməsi istiqamətində işi davam etdirir.

    Qeyd edək ki, Azadlıq prospekti-200 ünvanındakı binada yanğın başlayıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi