​Bakıda yanğın baş verən evdə qadın meyiti tapılıb

​Bakıda yanğın baş verən evdə qadın meyiti tapılıb Hadisə Sabunçu rayonunda qeydə alınıb
Hadisə
1 Mart , 2016 09:05
​Bakıda yanğın baş verən evdə qadın meyiti tapılıb

Bakı. 1 mart. REPORT.AZ/ Bakı şəhərində baş verən yanğında bir nəfər yanaraq ölüb. “Report”un xəbərinə görə, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytı məlumat yayıb.

Belə ki, Sabunçu rayonunda vətəndaşa məxsus ümumi sahəsi 78 kv.m olan birmərtəbəli 3 otaqlı evin 1 otağının yanar konstruksiyaları 25 kv.m sahədə yanıb. Yanğın yerinə baxış keçirilən zamanı Musayeva Nazlı Həsən qızının yanmış meyiti aşkar olunub. Evin qalan hissəsi yanğından mühafizə edilib. Yanğını saat 03:40-da yanğınsöndürənlər söndürüb.

Son xəbərlər

Orphus sistemi