​Bakıda yanğın baş verən bina hasara alınır - FOTO

​Bakıda yanğın baş verən bina hasara alınır - FOTO Hazırda hasarlama işləri davam etdirilir
Hadisə
22 May , 2015 21:50
​Bakıda yanğın baş verən bina hasara alınır - FOTO

Bakı. 22 may. REPORT.AZ/ Bakının Binəqədi rayonu ərazisində yanğın baş vermiş yaşayış binası hasara alınır.

"Report"un hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, hazırda hasarlama işləri davam etdirilir.

Bundan əlavə, paytaxt sakinləri faciə qurbanlarını hələ də, yad etməkdədirlər. Belə ki, onlar binanın önünə gələrək ora gül dəstələri qoyur və şam yandırırlar.

Qeyd edək ki, mayın 19-da Binəqədi rayonunun Azadlıq prospektində yerləşən hündürmərtəbəli yaşayış binasında baş verən yanğın nəticəsində 15 nəfər ölüb, 50-dən çox insan xəsarət alıb və ya zəhərlənib.

Son xəbərlər

Orphus sistemi